Bakı. Trend:
Naxçıvan günəş elektrik stansiyasda bu ilin yanvar ayında 1.720min kVt-saat elektrik enerjisi istehsal edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan DövlətEnergetika Xidmətindən məlumat verilib.
Bildirilib ki, stansiyada il ərzində 33 milyon kVt-saat elektrikenerjisi istehsal edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Naxçıvan günəş elektrik stansiyasında ötən il32.793 min kVt-saat elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, Babək rayonu ərazisində 20 meqavatt güclü Naxçıvangünəş elektrik stansiyasının tikintisi haqqında Naxçıvan MuxtarRespublikasının Dövlət Energetika Xidməti ilə Belçika Krallığının“Soltech” şirkəti arasında 7 fevral 2015-ci il tarixdə bağlanmışmüqaviləyə əsasən tikinti-quraşdırma işləri həyata keçirilib.2015-ci iln 30 noyabında istismara verilən 20 MVt gücündə günəşelektrik stansiyasının layihə gücü 2017-ci ilin sentyabr ayının8-də daha 2 MVt artırılaraq, 22 MVt-a çatdırılıb.
Muxtar Respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlimşəraiti imkan verir ki, ekoloji cəhətdən təmiz və bərpa olunanalternativ enerji mənbələrindən geniş istifadə edilsin. Muxtarrespublika ərazisində günəşli saatların orta illik miqdarının2600-2800 saat təşkil etməsi günəş elektrik stansiyasınınNaxçıvanın enerji təhlükəsizliyinə mühüm bir töhfə olacağınazəmanət verib. Naxçıvanda hər kvadratmetrə düşən günəş enerjisininintensivliyi 0,8-1,2 kVt-saata bərabərdir.