Tətbiqi Geofizika İnstitutunun mütəxəssisləri sondan əvvəlki güc sinfi M olan günəş partlayışı qeydə alıblar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Dövlət Büdcə İnstitutu məlumat yayıb.
“Martın 11-də Moskva vaxtı ilə saat 15:04-də rentgen diapazonunda 3 dəqiqə davam edən M1.1 (N05W46) partlayışı qeydə alınıb”, - məlumatda qeyd edilir.
Əvvəlki M sinifli partlayış martın 5-də Günəşdə qeydə alınıb. Demək olar ki, 10 dəqiqə davam edib.