Adına 4 şirkət olan şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Valyuta.az-ın məlumatına görə, Həsənov Nizami Məmməd oğlu "Grayson Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin və başqa 3 şirkətin sahibidir.
Belə ki, 68 yaşlı sahibkarın sözügedən şirkətlərə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 5596,72 manat vergi borcu yaranıb.
Məhkəmənin qərarı ilə, Həsənov Nizaminin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Sabiq İsbəndərli