"Barselona" qapıçısı İnyaki Penya növbəti mövsümə İstanbul nəhəngində başlamağa yaxındır.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar 26 yaşlı qolkiperi heyətdə saxlamaq niyyətində deyillər.
Məlumata görə, Penya 2021/2022 mövsümünün ikinci yarısında icarə əsasında çıxış etdiyi "Qalatasaray"a qayıtmağa yaxındır.
Qeyd edək ki, "Barselona" əsas qapıçısı Mark-Andre ter Ştegen mövsümün əvvəlində zədələndiyi üçün 34 yaşlı "çərçivə" qoruyucusu Voytsex Şensnını heyətinə qatıb. Polşalı futbolçu ötən yay rəsmən bitirdiyi karyerasını oktyabrda bərpa edərək "blauqrana" ilə 1 mövsümlük müqavilə bağlayıb.
Nihat