AZ

Çörək alarkən nələrə diqqət etmək lazımdır?

Qədim dövrlərdən bəri Azərbaycan xalqı üçün çörək müqəddəs hesab olunub. Məhz elə buna görə də ölkədə ən çox istifadə olunan qida da çörəkdir. Dünya statistikasına görə, Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, Avropa ölkələrini geridə qoyur.  Nəzərə alsaq ki, tibbi baxımdan ağ un insanlarda şəkər, ürək-damar xəstəliklərinin yaranmasına və şiddətlənməsinə səbəb olur. Hətta əhali arasında son zamanlar çörəkdən imtina edənlərin də sayı artır. Bəs çörəklərimiz nə qədər sağlıqlıdır?


Kulinariya üzrə peşəkar mütəxəssis Ceyran Əsəgərova "Referans"a açıqlamasında bildirib ki, son dövrlərdə çörək məmulatlarına qarşı yanlış təbliğat gedir.  Dənli bitkilərin insan orqanizminə faydası çoxdur. Bu təbii ki, lazımi miqdarda qəbul olunmaq şərtilə. Ağ undan hazırlanan çörəklərin istifadəsi digər dənli bitkilərdən alınan un çörəklərindən daha çoxdur. Amma düzgün texnologiya ilə hazırlanma şərtdir. Çünki kimyəvi üsullardan istifadə halları da çoxalıb.




Mütəxəssis onu da diqqətə çatdırıb ki, insan orqanizminə bütün  nemətlərin istifadəsi zəruridir. Qidalardan vaxtında istifadə edilmədikdə bədəndə müəyyən xəstəliklər də yaranır. Ona görə də qidalanarkən qədərində istifadə önəmlidir. Çovdar unu və digər un növlərindən hazırlanan çörəklər pəhriz üçün nəzərdə tutulur. 


"Ceyran Əsgərova həmçinin vurğulayıb ki, qida zamanı tamamilə şəkərdən imtina da doğru deyil. Belə olduqda artıq bədəndə şəkər defisiti başlayır. Çörəkdən imtina edilməsi heç də doğru deyil. Düzgün şəraitdə və qaydalara uyğun şəkildə hazırlanan çörəyin heç bir ziyanı yoxdur. Əksinə sağlamlığımız üçün ən önəmli nemətlərdən biri məhz çörəkdir", - deyə ekspert əlavə edib.


Bünyamin Bünyadzadə

Referans

Seçilən
32
referans.az

1Mənbələr