Martın 11-də Ukrayna Silahlı Qüvvələri ilk dəfə Rusiyanın paytaxtı Moskvaya "UJ-31 ZLYVA" pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Ukrayna məhz bu PUA-lardan istifadə edərək, "Oka-Sentr" neft bazasına zərbələr endirib. Lakin PUA-lar hava hücumundan müdafiə sistemi tərəfindən vurulub və qalıqları müəssisənin həyətinə düşüb.
Qeyd edək ki, bu PUA 2 min metr hündürlüyə qalxmaq qabiliyyətinə malikdir və sovet istehsalı olan "RQ-7" qarşı tank qumbaraatanının mərmisini daşıyır.