ABŞ Prezidenti Donald Tramp Kanadanın polad və alüminiumuna rüsumların 50%-ə çatdırılmasını əmr edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Ontario ABŞ-a gələn elektrik enerjisinə 25% tarif tətbiq etdiyinə görə, mən ticarət nazirinə dünyanın ən yüksək tarif ölkələrindən biri olan Kanadadan ABŞ-a daxil olan bütün polad və alüminiuma əlavə 25% rüsum əlavə etməyi tapşırmışam", - Tramp özünə məxsus sosial şəbəkədəki səhifəsində yazıb.
Amerika lideri bu qərarın martın 12-i səhər saatlarında qüvvəyə minəcəyinə aydınlıq gətirib.