AZ

Luis Enrike: “Liverpul”u məğlub etməliyik”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalının səfərdə “Liverpul”la cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az ispan mütəxəssisin oyunöncəsi mətbuat toplantısında bu barədə səsləndirdiyi fikrini təqdim edir:

“Bizim məqsədimiz aydındır: rəqibdən daha yaxşı olmağa çalışmaq. Səfərdə oynamaq ağırdır. Hər şey oyunun keyfiyyətindən başlanır – biz bilirik ki, bizdə bu, yaxşı alınır, bəs biz nəyi daha da yaxşılaşdıra bilərik? Bizim məqsədimiz – topa sahib olmaqdır. Bu, əsasdır, orada isə hadisələrin necə inkişaf edəcəyinə baxacağıq. Cavab oyunu daha tarazlı olacaq. Mən komandamın imkanlarına nikbinliklə baxıram. Mən sadəcə olaraq ümid edirəm ki, mövsümün ən vacib oyunu sabah deyil, daha sonra baş tutacaq. Çərşənbə axşamı komandalardan biri “uçacaq”, mən isə bunun PSJ olmayacağına ümidvaram. Biz nəyəsə ümid bəsləməməliyik – oyunda qələbə qazanmaq gərəkdir. Biz Avropanın iki yüksək səviyyəli komandasının oyununu görəcəyik. Mərhələni adlayacaq komanda bütün yolu da sona qədər keçə biləcək. PSJ və “Liverpul”un üslubları fərqlidir, amma bunlar Avropanın ən yaxşı komandalarıdır”, deyə Luis Enrike vurğulayıb.

PSJ-nin 24 yaşlı gürcü sol cinah hücumçusu Xviça Kvaratsxeliya da “Liverpul”la cavab oyunundan gözləntisini açıqlayıb: “İmkanlar əlinin əlliyədir, çünki mən, “Liverpul”a qarşı üstünlük saxlamağın asan olmadığını düşünürəm”, deyə “Kvara” vurğulayıb.

“Liverpul” – PSJ oyunu bu gün, martın 11-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (12 mart) başladacaq.

Xatırladaq ki, evdə keçirdiyi ilk oyunda PSJ “Liverpul”a 0:1 hesabı ilə məğlub olub.

Seçilən
33
arena.az

1Mənbələr