NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Ukraynadakı vəziyyəti həll etmək səylərini dəstəkləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bildirmək istərdim ki, onun sayəsində həm ruslarla, həm də ukraynalılarla danışıqlara başlamaq baxımından irəliləyiş oldu”, – Rutte bildirib.
Onun sözlərinə görə,”bu çox vacibdir.”
Rutte, həmçinin, Ukraynanın atəşkəsdən sonra Avropa qoşunlarının ölkə ərazisinə yerləşdirilməsi ilə yanaşı, onun təhlükəsizliyinin təmin edilməsinin başqa yollarının da olduğu fikrini bildirib.