AZ

Polşanın Baş naziri Türkiyəyə gedir

BAKI,TurkicWorld

Polşa Respublikasının Baş naziri Donald Tusk, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə işgüzar səfər edəcək.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun X sosial media hesabında paylaşım edib.

Prezident Kompleksində keçiriləcək görüşlər zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsinə yönəlmiş addımlar müzakirə ediləcək.

Həmçinin görüşlərdə Polşanın Avropa İttifaqı Şurasındakı sədrliyi çərçivəsində Türkiyə-Avropa İttifaqı münasibətləri dəyərləndiriləcək, Ukrayna və Transatlantik əlaqələr başda olmaqla aktual regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparılacaq.

"600 ildən çox tarixə malik Türkiyə-Polşa münasibətlərinin cənab Tuskın səfəri ilə daha da güclənərək inkişaf edəcəyinə inanırıq",- deyə Altun bildirib.

Seçilən
12
turkic.world

1Mənbələr