AZ

Səudiyyə Ərəbistanının vəliəhdi Zelenski ilə sülh prosesini müzakirə etdi

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və prezident Volodimir Zelenski müharibədən əziyyət çəkən Ukraynaya sülh gətirmək səylərini müzakirə ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Səudiyyə Mətbuat Agentliyi (SPA) yayıb.

Mənbə qeyd edir ki, Krallıq Ukrayna böhranının beynəlxalq hüquqa və BMT Nizamnaməsinə, o cümlədən suverenlik prinsiplərinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət əsasında sona çatacağına ümid etdiyi bildirib.

“Tərəflər Ukraynada davamlı, ədalətli və hərtərəfli sülhə nail olmaq üçün göstərilən səyləri nəzərdən keçiriblər”, – SPA əlavə edib.

Ukrayna da öz növbəsində Krallığa bununla bağlı minnətdarlığını bildirib. Ukrayna nümayəndə heyəti Kiyevə təklif etdiyi yardıma görə Səudiyyə Ərəbistanına təşəkkür edib.

Əl-Ərəbiyyə xəbər verir ki, krallığın vəliəhd şahzadəsi Ukrayna və ABŞ arasında çərşənbə axşamı sahilyanı şəhərdə başlayan danışıqlardan əvvəl Zelenskini Ciddədə qarşılayıb.

Danışıqların məqsədi münasibətləri yaxşılaşdırmaq və ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukrayna ilə müharibəsinə tez son qoymağa çalışması kontekstində Ukraynanın güzəştə getməyə hazır olub-olmadığını öyrənməkdir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
38
konkret.az

1Mənbələr