AZ

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbiri təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində Yel çərşənbəsi qeyd edilib. 

 

Tədbir çərçivəsində Novruz adət-ənənələrinə uyğun olaraq tonqal qalanıb, müəssisə sakinlərinin iştirakı ilə əyləncəli oyunlar və şənlik təşkil edilib. 

 

İştirakçılara Novruzun simvolu olan şirniyyatlar paylanıb, onlarla bayramın tarixi, dəyərləri və adət-ənənələri barədə söhbətlər aparılıb. 

 

Sonra sakinlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar və bayram proqramı təqdim edilib.

Seçilən
27
1
qht.az

2Mənbələr