Albaniya Superliqasında 29-cu turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Laçi"nin qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Zamiq Əliyev matça start heyətində başlayıb və sona qədər meydanda qalıb.
Bu nəticədən sonra xallarını 53-ə yüksəldən "Eqnatiya" liderliyini davam etdirir.