AZ

Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər: Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxışiclası martın 11-də davam etdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

İclasın əvvəlində hakim Zeynal Ağayev bu məhkəmə prosesində ilkdəfə iştirak edən zərərçəkmiş şəxslərə hüquq və vəzifələrini izahedib.

Ardınca təqsirləndirilən şəxs Ruben Vardanyan əvvəlki məhkəməproseslərində verdiyi vəsatətlərin bir qisminin təmin olunmadığınıqeyd edərək, işə baxan hakimlər kollegiyasına etirazınıbildirib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisiVüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, eyni məzmunluvəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərarlarqəbul olunub. Həmçinin Azərbaycan Respublikasınıncinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkrethallarının müəyyən edildiyi və həmin etirazın əsaslandırılmasınınzəruri olduğu vurğulanıb. Buna baxmayaraq, R.Vardanyanın özetirazını qanunvericiliyin müəyyən etdiyi hallara uyğun deyil,vəsatətlərinin təmin olunmaması ilə əsaslandırmasıcinayət-prosessual qanunvericiliyə əsasən, etiraz üçün əsas olabilməz. Bu səbəbdən prokuror etirazın baxılmamış saxlanılmasınıməhkəmədən xahiş edib.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittihamtərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.

İclasa sədrlik edən Zeynal Ağayev təqsirləndirilən şəxsin eynixüsusat üzrə artıq dördüncü dəfədir hakimlər kollegiyasına etirazetdiyini, göstərdiyi halların hər birinə əvvəllər ətraflı baxılaraqqərar verildiyini, hazırkı prosesdə hər hansı yeni dəlil təqdimolunmadığı və əsaslandırma edilmədiyi üçün etirazı təminetməyib.

Sonra dövlət ittihaçısı Təranə Məmmədova təqsirləndirilən şəxsəAzərbaycanın Respublikasının əvvəllər işğal altında olmuş suverenərazilərinin minalanması, oraya müxtəlif yerlərdən, o cümlədənErmənistandan silahların daşınması prosesi, əldə olunması, bununüçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı qaydadaformalaşdırılması, həmin prosesdə Ermənistan dövləti, onunrəhbərliyi və yüksək vəzifəli şəxslərinin iştirakı, dəstəyi,razılıq və icazələri, eləcə də könüllü və muzdluların Azərbaycanınsuveren ərazilərində qalan Ermənistan ordusu ilə və Ermənistanlaəlaqələri barədə suallar verib.

Təqsirləndirilən şəxs sualları cavablandırmaqdan imtinaedib.

Daha sonra iş üzrə şahidlər dindirilib. Məhkəmə iclasına sədrlikedən Zeynal Ağayev dindirmədən əvvəl şahidlərə qanunvericiliklənəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən yalnız həqiqətidanışmaq vəzifəsini izah edib.

Şahid qismində ifadə verən, Qarabağda yaşayan erməniəsilli şəxsHayrapetyan Kamo Eduardoviç 44 günlük müharibədən bir müddət sonraRuben Vardanyanın Xankəndiyə gəldiyini bildirib.

O, R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaqüçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını,onları maliyyələşdirdiyini bildirərək deyib. “Çox sayda cavan insangedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki,dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən demirəmki, o, mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyubQarabağa gəlmişdi?”.

Şahid bildirib ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərindəonun maliyyəsi ilə minalanma işləri aparılıb. O qeyd edib ki, həminminalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib.“Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanmaişlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığınıbiliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boşərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterliplakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədərminalarla bağlı heç bir plakat olmayıb”, - deyə şahid əlavəedib.

O deyib ki, Ruben Vardanyanın maliyyələşdirməsi nəticəsindəXankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3hərbi anbar yaradılıb. Həmin anbarların yerləşdiyi yerə gedən yolusilahlı şəxslər mühafizə edirdilər. Həmin anbarlarda Ermənistanordusu, Qarabağdan seçilmiş hərbiçilər fəaliyyət göstəriblər.Anbarlara Ruben tərəfindən Qarabağa gətirilmiş xeyli sayda silah vədöyüş sursatı, habelə pilotsuz kvadrakopterlər və digər pilotsuzuçuş aparatları toplanıb. Bu barədə Xankəndidə çox adamın məlumatıolub və Ruben Vardanyan tərəfindən bütün erməni sakinlərinsilahlanaraq azərbaycanlılara qarşı vuruşması təbliğ edilib. RubenVardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycanaqarşı mübarizə aparmaq olub.

Şahidin sözlərinə görə, Ruben Vardanyan Qarabağa gələnədəkerməni sakinlər arasında Azərbaycana inteqrasiya məsələsi ciddiformada yayılıb, insanlar Azərbaycanla əlaqələr qurmağa çalışıblar.Bir çoxları Azərbaycanın tərkibində yaşamaq və vətəndaşlıq almaqbarədə ciddi fikirləşirdi.

2022-2023-cü illərdə Ruben Vardanyanın Xankəndi şəhərindəgələrək burada Azərbaycana qarşı təbliğata başladığını söyləyənşahid deyib: “Ruben Vardanyanın gəlişindən sonra erməni sakinlərdəAzərbaycana qarşı düşmənçilik meyilləri gücləndi. Ruben Vardanyanerməni sakinlərin azərbaycanlılara nifrət etməsinə çalışırdı”.

Sonra digər erməniəsilli şahid Qriqoryan Muşeq Qurgenoviç ifadəverib.

Şahid deyib ki, Ruben Vardanyan Qarabağda qondarma rejimdəvəzifəyə təyin olunduqdan sonra muzdlu döyüşçülərdən ibarətdəstələr toplamağa başlayıb. Daha sonra isə həmin şəxslər Xocalırayonunda yerləşən düşərgədə hərbi təlimlərə cəlb olunub.“Əsgərlikdən yeni gəlmiş şəxslərin hərbi xidmətdə olanixtisaslarını öyrənib və onlardan istifadəyə yararlı olan şəxsləridəstələrə cəlb edib. Əsasən radiotexniki sahədə hərbi təcrübəsiolan əsgərlərin öz könüllü muzdlu dəstələrinə qoşulmasını həyatakeçirib. O, bu məqsədlə Xocalı rayonunun Badara kəndi yaxınlığındadağlıq və meşəlik ərazidə çay kənarında əvvəllər “İdman TurizmiFederasiyası”nın nəzdində olmuş düşərgədə hərbi təlim məntəqəsiyaratdıraraq əsasən əsgərlikdən yeni gəlmiş gənclər, tələbələr vəyuxarı sinif şagirdlərinə hərbi təlimlər keçilməsini təşkil edib.Mən Vardanyanı başa düşmürəm, əgər xalq üçün yaxşılıq edirsənsə,niyə silah alırsan, mina basdırırsan, adamlara pul verirsən,düşərgə açırsan? Əgər silah yaxşı şeydirsə, al apar evinə,övladların döyüşsün. Vardanyan elə bilirdi ki, Qarabağdakılarayaxşılıq edib, amma onların evini yıxıb”, - deyə şahidvurğulayıb.

Məhkəmə iclasında şahidlərin Dövlət Təhlükəsizliyi Xidmətində(DTX) ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunub.Onlar ibtidai istintaqda verdikləri ifadələrini təsdiqləyiblər.

Sonra zərərçəkmişlər ifadə veriblər. Zərərçəkmiş SəyyadƏləkbərli Ruben Vardanyanı media vasitəsilə tanıdığını, özününErmənistandan gətirilərək Azərbaycanın suveren ərazilərindəbasdırılmış minaya düşərək xəsarətlər aldığını bildirib. O,hadisənin 2023-cü ilin avqust ayında Xocalıda kənd təsərrüfatıişləri görərkən baş verdiyini deyib.

Zərərçəkmişlər Cəlal Quliyev, Rəvan Ağazadə, Nəriman Abışlı,Elbrus Əzimli, Elməddin Ağayev, Faiq Əzizov, Səxavət İsmayıl,İsmayıl Hüseynov və İbrahim Həmidli Kəlbəcərdə hərbi xidmət zamanıyaralandıqlarını bildiriblər.

Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyanaən ağır cəzanın verilməsini məhkəmədən xahiş ediblər.

Məhkəmənin növbəti iclası martın 18-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Seçilən
17
38
az.trend.az

10Mənbələr