AZ

Ukrayna F-16-nın Su-35-ə qarşı zəif olduğunu etiraf etdi

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rabitə şöbəsinin rəisi Yuri İqnat bildirib ki, bu F-16-lar ən yeni modellər deyil və onlar Rusiyanın müasir Su-35 qırıcılarına tam müqavimət göstərmək iqtidarında deyil.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yazıb.

İqnatın sözlərinə görə, F-16-dan səmərəli istifadə etmək üçün Ukrayna Silahlı Qüvvələrinə hava hücumundan müdafiə sistemləri və elektron müharibə (EW) sistemləri də daxil olmaqla kompleks yanaşma lazımdır. O, həmçinin qeyd edib ki, Qərb müttəfiqlərinin vəd etdiyi kimi hava radarlarının və digər bort sistemlərinin mövcudluğu bu qırıcıların döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

İqnat əlavə edib ki, Ukrayna aviasiyasının hava döyüşlərində effektivliyini artırmaq üçün “hava-hava” tipli raketlər də lazımdır.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
35
konkret.az

1Mənbələr