AZ

İspaniya şirkəti Azərbaycanda bərpa olunan enerji sahəsi üzrə konsaltinq xidmətləri təklif edir (ÖZƏL)

Bakı. Trend:

İspaniyanın "Fomento" şirkəti Azərbaycanda suvarma, qidaistehsalı və xüsusən bərpa olunan enerji sahəsi üzrə konsaltinqimkanlarını nəzərdən keçirir.

Bu barədə Trend-ə açıqlamasında şirkətin icraçı direktoru DianaVillaraqa deyib.

O, əvvəlcə şirkət haqqında məlumat verib və daha sonraAzərbaycanda potensial əməkdaşlıq fürsətlərini diqqətdəsaxladıqlarını bildirib:

"Biz layihələrin hazırlanmasında ixtisaslaşmış İspan şirkətiyik.Mühəndislik, təchizat, tikinti və istismara qədər əhatə etdiyimizlayihələr üzrə konsaltinq xidmətləri təklif edirik. Biz Azərbaycanbazarında potensial imkanları araşdırmaqda maraqlıyıq.

Hökumətinizin xüsusilə də azad edilmiş ərazilər üçün çox iddialısosial-iqtisadi inkişaf planı var və bu təqdirəlayiqdir".

"Biz müxtəlif sektorlarda işləyirik, lakin suvarma, qidaistehsalı və xüsusən də bərpa olunan enerji, günəş enerjisi iləməşğul olan aqrosənaye sahəsinə çox diqqət yetiririk.

Beləliklə, bizim burada təşəbbüsümüz hökumətinizlə, eləcə də,Azərbaycanın biznesləri ilə imkanları və əməkdaşlıqperspektivlərini daha yaxşı dəyərləndirməkdir", - deyə şirkətinrəsmisi vurğulayıb.

Seçilən
16
az.trend.az

1Mənbələr