AZ

Xaçmazda Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

APA-nın yerli bürosunun məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytnantı Elnur Quliyev həmin bölməyə rəisi təyin olunub.

Qeyd edək ki, E.Quliyev bu təyinatadək Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Seçilən
21
11
apa.az

10Mənbələr