AZ

Vardanyanın məhkəməsində erməniəsilli şahid: Minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq,terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində Qarabağdayaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç şahidqismində ifadə verib.

Trend-inməlumatına görə, şahid ifadəsində bildirib ki, Ruben VardanyanXankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanınqaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanmaişləri aparılıb.

O qeyd edib ki, həmin minalar Laçın yolu ilə ErmənistandanQarabağa gətirilib.

“Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanmaişlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığınıbiliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boşərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterliplakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədərminalarla bağlı heç bir plakat olmayıb”, - deyə şahid əlavəedib.

Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.

Seçilən
14
27
az.trend.az

10Mənbələr