AZ

Azərbaycandan Gürcüstana ixrac edilən elektrik enerjisinin dəyəri 2 dəfədən çox azalıb

Bakı. Trend:

Ötən il Azərbaycandan Gürcüstana 1,1 milyard kVt/saat elektrikenerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu həcmdə elektrik enerjisininixracından əldə olunan gəlir 58,3 milyon ABŞ dolları təşkiledib.

Gürcüstana elektrik enerjisi ixracı əvvəlki illə müqayisədə həcmifadəsi ilə 934 milyon kVt/saat və ya 45,1%, dəyər ifadəsi ilə 63,1milyon ABŞ dolları, yaxud da 2,1 dəfə azalıb.

Belə ki, 2023-cü ildə Azərbaycandan Gürcüstana 2,1 milyardkVt/saat həcmində, 121,4 milyon ABŞ dolları dəyərində elektrikenerjisi ixrac edilib.

Seçilən
31
1
az.trend.az

2Mənbələr