Qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 15-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq “Murov” və “Abşeron” komandaları qarşılaşıblar. Oyun “Abşeron”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Eyni məkanda baş tutan ikinci oyunda “Gəncə” klubu “Azərreyl”in qonağı olub. Meydan sahibi komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.
UNEC voleybol komandasının idman zalında təşkil olunmuş görüşdə isə “Milli Aviasiya Akademiyası” UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
Yüksək Liqa
15-ci tur
11 mart
“Murov” – “Abşeron” 0:3 (18:25, 18:25, 25:27)
“Azərreyl” – “Gəncə” 3:0 (31:29, 25:16, 25:19)
UNEC – “Milli Aviasiya Akademiyası” 0:3 (7:25, 9:25, 16:25)