Fransa prezidenti Emmanuel Makron jurnalist Kandas Ouensə Fransa prezidentinin həyat yoldaşının kişi olduğuna dair sübutları dərc etməkdən imtina edərsə, ona əhəmiyyətli pul təzminatı vəd edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Fox News” nəşri yazıb.
Mənbə qeyd edir ki, bloger Kandas Ouens Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı haqqında məlumatı dərc etməkdən imtina etmək üçün ona beş milyon dollara qədər pul təklif edildiyini bildirib.
O, həmçinin Fransa səfirliyinin nümayəndələri ilə görüşdüyünü və diplomatik qurumun onu bu mövzuda ictimai bəyanatlar verməyi dayandırmağa məcbur etdiyini söyləyib.
Günel Mikayılova,
KONKRET.az