AZ

131 nəfər hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusununhərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsitədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanıilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Maliyyə Nazirliyindən Trend-ə bildirilib ki, iclası giriş sözüilə açan komissiyanın sədri, maliyyə naziri Sahil BabayevAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlhamƏliyevin diqqət və qayğı sayəsində ötən dövrdə Silahlı Qüvvələrinmaddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturunyaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənziltəminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhsedib, Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətinmühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunuqeyd edib.

Kommisiyanın sədri sözügedən fərmanın icrası olaraq bugünədəkdövlət vəsaiti hesabına Azərbaycan Ordusunun 20 il və daha çoxqüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun mənzillərlətəmin olunduğunu, bundan sonra da hərbi qulluqçuların sosial-məişətşəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillətəmin edilməsi prosesinin davam etdiriləcəyini bildirib.

Komissiyanın iclasında 2024-cü ilin sonunda dövlət vəsaitihesabına Bakı və Sumqayıt şəhərlərində alınmış tam təmirlimənzillərdən bölüşdürülməmiş qalan 131 mənzilin bölgüsü aparılıb.Belə ki, Müdafiə Nazirliyi tərəfindən növbəsi çatmış hərbiqulluqçular arasında püşkatma yolu ilə müəyyən edilən bölgüKomissiyanın müvafiq qərarı ilə təsdiq olunub.

Qeyd olunub ki, Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdimetdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır vəvaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzilnövbəsinə əlavə edilir.

Seçilən
25
49
az.trend.az

10Mənbələr