1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiyadan Macarıstana neft tədarükləri Ukrayna Silahlı Qüvvələrinin "Drujba" neft kəmərinin ölçmə stansiyasına dron hücumu səbəbindən dayandırılıb".
Oxu.Az gazeta.ru-ya istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə söhbəti zamanı deyib.
"Budapeşt Ukraynanın Macarıstanın enerji təchizatı infrastrukturuna hücumunu öz suverenliyinə hücum kimi qiymətləndirir" , - deyə P.Siyarto vurğulayıb.
Nazir əlavə edib ki, "Drujba" ilə neft tədarükləri təmirdən sonra bərpa oluna bilər.