Bakı. Trend:
İspaniyanın “HİMOİNSA” şirkəti Azərbaycanda enerji həlləri üzrəəməkdaşlığı genişləndirmək niyyətindədir.
Bu barədə Trend-ə açıqlamasında şirkətin regional satış meneceriOleksandr Tsarkov məlumat verib.
O, ilkin olaraq təmsil etdiyi şirkətin fəaliyyətistiqamətlərindən danışıb və Azərbaycanla mümkün əməkdaşlıqimkanlarını genişləndirmək potensialını dəyərləndirdiklərinisöyləyib:
“Dizel mühərrikləri və enerji həlləri təqdim edən bir şirkətitəmsil edirəm. Azərbaycanda hazırda iki tərəfdaşımız var.Niyyətimiz bu tərəfdaşlığı artırmaq və yeni sektorlarda iştiraketməkdir”.
“Azərbaycanda yeni tərəfdaşlıq imkanlarımızı nəzərdən keçiririk.Biz Azərbaycanda enerji həlləri istiqamətində fəaliyyət göstərənşirkətlər axtarışındayıq və məmnuniyyətlə onlarlara əməkdaşlıq edəbilərik”, - deyə şirkət nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, baş ofisi İspaniyada yerləşən HIMOINSA 1982-ciildə yaradılıb. 1990-cı illərdən etibarən şirkət bu günə qədərdayanmayan daimi beynəlmiləlləşmə prosesinə başlayıb. Şirkətinfabrikləri və satış ofisləri beş qitədə yerləşir.