Qayda pozan 89 yaşlı sürücü polis tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Bolu şəhərində, D-100 şosesində baş verib.
Belə ki, Adil P.-nin (89) idarə etdiyi 14-AP-190 dövlət nömrə nişanlı avtomobil hərəkətin əks istiqaməti ilə hərəkət edib. Bu zaman ərazidə xidmət aparan yol polisi əməkdaşları yaşlı sürücünün idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar. 89 yaşlı sürücü polis tərəfindən bölməyə aparılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Sürücü inzibati qaydada cərimələnib, vəsiqəsi isə müvəqqəti olaraq əlindən alınıb.
Namiq Musayev