4 küçənin kəsişdiyi yolda işıqfor yoxdur...
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Şamil Kamilov küçəsi ilə Nazim İsmayılov küçələrinin kəsişməsindən gedir.
Sakinlər deyirlər ki, hər gün minlərlə avtomobilin hərəkət etdiyi dörd yol ayrıcında işıqforun olmaması tez-tez qəzalara səbəb olur. Onların sözlərinə görə, sürücülər quraşdırılan yol nişanlarına da məhəl qoymurlar, çünki yol nişanları görünmür.
Onlar bildirirlər ki, ərazidə piyada keçidi olsa da, yolu rahat şəkildə keçmək mümkün deyil. Bu səbəbdən uşaqlar valideynlərinin müşayəti olmadan məktəbə gedə bilmirlər.
Problemlə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirildi ki, qeyd olunan yolda piyada işıqforu ilə bağlı araşdırma aparılacaq. Yolda piyada intensiviliyi və yarana biləcək nəqliyyat ləngiməsi araşdırıldıqdan sonra buna uyğun qərar qəbul ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.