Qrenlandiyada erkən parlament seçkiləri keçirilir.
Sherg.az xəbər verir ki, bəziləri seçkilərin ABŞ-nin mümkün müdaxilə ehtimalına qarşı erkən keçirildiyini düşünür.
Baş nazir Mute Egede və digər namizədlər bu səhər ilk səs verənlər arasında olublar.
Seçkinin nəticəsi qeyri-müəyyən olaraq qalır və heç bir exit-poll keçirilməsi gözlənilmir.
Qeyd edək ki, yanvar ayında keçirilən sorğu göstərdi ki, qrenlandiyalıların əksəriyyəti müstəqilliyi dəstəkləyir və ABŞ-yə qoşulmağa qarşıdır.