AZ

Paredes daha bir il "canavar" olacaq

"Roma" Leandro Paredeslə müqavilə müddətini artırıb.

İdman.biz xəbər verir ki, bu barədə paytaxt klubundan rəsmi açıqlama yayılıb.

30 yaşlı yarımmüdafiəçi ilə bu ilin yayında bitəcək müqavilə müddəti bir mövsümlük uzadılıb. 30 yaşlı argentinalı futbolçu ilk dəfə 2014-cü ildə "Roma"ya keçib. Üç ildən sonra komandanı tərk edən Paredes 2023-cü ildə yenidən Roma klubunda oynamağa başlayıb.

O, bu mövsümdə 27 matçda 1 qol vurub və 2 ötürmə vurub.

Qeyd edək ki, Leandro Argentina yığmasının heyətində DÇ-2022-nin qalibi olub.

İdman.biz

Seçilən
46
idman.biz

1Mənbələr