Basketbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçılar müəyyənləşib.
Referans.az xəbər verir ki, günün ilk oyununda “Şəki” NTD ilə qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan görüş paytaxt təmsilçisinin 71:66 hesablı qələbəsi ilə yekunlaşıb.
1/4 final mərhələsinin digər qarşılaşması “Naxçıvan” və “Abşeron” komandaları arasında baş tutub. Muxtar Respublika klubu 102:60 hesablı qələbə qazanaraq yarimfinala yüksəlib.
Yarımfinal mərhələsinin son cütləri sabah keçiriləcək “Sabah” - Neftçi” və “Sərhədçi” - Gəncə” matçlarından sonra bəlli olacaq.
Qeyd edək ki, NTD yarımfinalda “Sabah” - Neftçi”, “Naxçıvan” isə “Sərhədçi” - “Gəncə” cütünün qalibi ilə qarşılaşacaq./teleqraf
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta