AZ

Azərbaycan Rusiyadan elektrik enerjisi alışını azaltdı

Ötən il Azərbaycana Rusiyadan 86,8 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin idxalına çəkilən xərcin dəyəri 2,6 milyon ABŞ dolları təşkil edib.

Rusiyadan elektrik enerjisi əvvəlki illə müqayisədə həcm ifadəsi ilə 5,8 milyon kVt/saat və ya 6,3%, dəyər ifadəsi ilə 129 min ABŞ dolları, yaxud da 4,7% azalıb.

Belə ki, 2023-cü ildə Azərbaycana Rusiyadan 92,6 milyon kVt/saat həcmində, 2,7 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edilib.

Seçilən
35
5
axar.az

6Mənbələr