Sakinlər narahatdır... Düz bir ildir yaşadıqları binanın birinci mərtəbəsində fəaliyyət göstərən gecə əyləncə mərkəzindəki səs küyün onları narahat etdiyini iddia edirlər...
Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxın Səbail rayonundakı "XS" gecə əyləncə mərkəzindəndir.
Üzünün görünməsi istəməyən bina sakinləri iddia edir ki, dəfələrlə bununla bağlı hüquq mühafizə orqanlarına müraciət ediblər.
Müdaxilə olunub, sakitlik bərpa edilib, sonradan isə köhnə hamam köhnə tas...
Sakinləri dinlədikdən sonra əyləncə mərkəzinə baş çəkdik.
Əyləncə məkanın sahibi isə deyir ki, obyektin tavanından döşəməsinədək izolyasiya olunub, məkandan nəinki aşağı mərtəbələrə hətta küçəyə belə səs yayılmır.
O, da bildirildi ki, bundan sonra da sakinlərin rahatlıqları üçün bütün təhlükəsizlik qaydalarına riayət olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.