AZ

Sander van de Strek daha bir il “Antalyaspor”da

Türkiyənin “Antalyaspor” klubu niderlandlı hücumameyilli yarımmüdafiəçisi Sander van de Strek ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 31 yaşlı futbolçu ilə 1+1 illik yeni müqavilə imzalanıb. Tərəflər arasında əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda başa çatacaqdı.

Sander van de Strek 2023-cü ilin avqust ayında Niderlandın “Utrext” klubundan azad agent kimi ayrılaraq “Antalyaspor”a qoşulmuşdu. Təcrübəli yarımmüdafiəçi Türkiyə klubunun heyətində cari mövsümdə 28 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Sanderin “Antalyaspor”un heyətindəki ümumi statistikası isə belədir – 63 oyun, 7 qol və 8 məhsuldar ötürmə.

Sander van de Strek karyerası ərzində “Utrext”, “Kambur”, “Flora”, “Vitess” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
16
arena.az

1Mənbələr