AZ

“Pumas” Daniel Alvesi məhkəməyə verdi

Meksikanın “Pumas” klubu “pumalar”ın braziliyalı keçmiş sağ-cinah müdafiəçisi Daniel Alvesi İdman Arbitraj Məhkəməsinə (CAS) verib.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlmat verir.

Sözügedən klub Daniel Alvesdən 6 milyon avro məbləğində təzminat istəyir. Meksika klubu braziliyalı futbolçunun zorlama işi üzrə təqsirkar bilinərək həbsə düşməsinin “Pumas”ın simasına ciddi xələl gətirdiyi qənaətindədir. Hazırda Daniel Alvesi məhkəmə qərarı gözləyir, üstəlik keçmiş futbolçunun pasportu müsadirə edilib. “Pumas”ın iddiası əsasında dinləmələr martın 25-i tarixinə təyin edilib.

Xatırladaq ki, Meksika klubu Daniel Alveslə müqaviləsinə 2023-cü ilin yanvarında xitam verib. Klub müvafiq addımını, məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülməsindən sonra atmışdı. Bundan sonra Daniel Alves 4,5 il müddətinə həbsə məhkum edilib.

Əlavə edək ki, Daniel Alves müvafiq hökmdən şikayət ərizəsi verib və şikayət ərizəsinə baxıldığı müddətdə məhkəmənin müvafiq şərtləri altında evində azad yaşaya bilmək hüququnu əldə edib.

Seçilən
29
arena.az

1Mənbələr