"Real Madrid"in ulduz futbolçusu Premyer Liqa nəhənginin "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti" Eduardo Kamavinqanı transfer etməyi planlaşdırır. Bu barədə "Plettigoal" məlumat yayıb.
"Şəhərlilər" yay "transfer pəncərəsi"ndə fransalı yarımmüdafiəçi üçün "kral klubu"na təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, 22 yaşlı oyunçu 2024/25 mövsümündə "Real" forması ilə meydana çıxdığı 25 oyunda 1 qola, 2 məhsuldar ötürməyə imza atıb.