Son günlərdə ölkədə kartla ödəniş etmək istəyən şəxslər bəzi marketlərdə çətinliklərlə qarşılaşdıqlarını deyirlər.
Xezerxeber.az-ın xəbərinə görə, satıcılar bildirirlər ki, bu cür vəziyyət əksər hallarda bankla bağlı olmur. Problemin əsas səbəbi POS terminallarda yaranan texniki nasazlıqlardır.
Bank məsələləri üzrə ekspert Günay Hüseynova deyir ki, bu vəziyyət həm istehlakçıların narazılığına, həm də hüquqi tənzimləmələrin pozulmasına səbəb olur.
Qanunvericiliyə əsasən, ticarət və xidmət sahələrində kartla ödənişin qəbul edilməməsi qanun pozuntusu hesab edilir.
Məsələ ilə bağlı, yerli banklarla da əlaqə saxladıq. Bildirildi ki, bu cür problemlər əksər hallarda bankla bağlı olmur. Banka dair çətinlik yarandıqda isə dərhal aradan qaldırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.