Okeaniya Futbol Konfederasiyası (OFC) yeni liqa yaratmağı qərara alıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Inside World Football" yayıb.
Xəbərə görə, Regionun iyirmidən çox klubu Okeaniya Peşəkar Futbol Liqasında iştirak etməkdə maraqlı olduğunu bildirib. Yeni Zelandiyadan 6, Fici, Papua Yeni Qvineya və Avstraliyanın hər birindən dörd, Yeni Kaledoniyadan 2, Samoa, Solomon Adaları, Tahiti və Vanuatunın hər birindən isə bir klubun müraciətləri təsdiqlənib.
OFC yeni liqa vasitəsilə bütün Sakit okean regionunda futbolu daha peşəkar etmək istəyir. Mənbə həmçinin vurğulayıb ki, FİFA ilkin mərhələdə yeni liqaya 10 milyon dollar sərmayə qoymağı planlaşdırır.
Mirağa