AZ

Qusarda tikilən stadion niyə yarımçıq qalıb? VİDEO

Kohnə stadionu soküb, yenisini tikəcəkdilər. Lakin, işlər yarımçıq qalıb. Hazırda ərazidə heç bir iş getmir.

Xezerxeber.az xəbər verir ki, söhbət Qusar rayon stadionundan gedir. Rayonun futbol stadionunda aparılan işlər  2017-ci ildən sonra dayandırılıb. O vaxtdan tikintidə heç bir iraliləyiş yoxdur. Hazırda isə rayonun futbol klubları öz tamaşaçılarından uzaqda ev oyunlarını keçirir.

İşlərinin yarımçıq qalması, futbol azarkeşlərinin narazılığa səbəb olub. Qusarın "Şahdağ" komandası stadionun olmaması səbəbindən ev oyunlarını Şamaxıda və Sumqayıtda keçirmək məcburiyyətində qalır. Digər yerli klub, "Qusar FK" isə bütün oyunlarını Sumqayıtda oynayır.

Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Xəzər Xəbər”ə bildirildi ki, futbol stadionu Nazirliyin balansında  deyil. Orada aparılmış tikinti işləri nazirliyin sifarişi ilə icra edilmədiyindən işlərin yarımçıq saxlanılmasına müdaxilə edilməsi nazirliyin səlahiyyətləri xaricindədir.

AFFA-dan da verilən məlumata görə, bu stadion onların da  balansında deyil.

Qusar Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, "Şəfqət Orduxanov'' adına Qusar şəhər stadionunun  tikintisinə özəl şirkət tərəfindən başlanılıb. Hansı səbəbdən işlər dayandırılıb məlum deyil. O da qeyd edilib ki, danışıqlar aparılır ki, stadionun tikintisi davam etdirilsin.

Azərkeşlər və futbolçular isə heç bir qurumun, öz üzərinə götürmək istəmədiyi bu stadiona qovuşacaqları günü  səbrsizliklə gözləyirlər.

Səbəb bilinəndən sonra isə yoldakı problem aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
xezerxeber.az

1Mənbələr