Bu gün Moldovanın paytaxtı Kişinyovda təşkil edilən “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransda gərgin anlar yaşanıb.
QHT.az xəbər verir ki, tədbirin 5-ci paneldə özünü qondorma “Dağlıq Qarabağın” sakini kimi təqdim edən erməni qızın çıxışı zamanı Azərbaycan ilə bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirilib.
Mövzu ilə bağlı çıxış edən deputat Vüqar Bayramov çıxış edərək Avropa Birliyinin Dialoq platformasının prinsiplərini xatırladıb və özünün də Füzuli rayonundan məcburi köçkün olduğunu vurğulayıb. O, ermənilər tərəfindən bu cür məsələlərin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin qəbuledilməz olduğunu bildirib: “Şüarı dialoq olan beynəlxalq tədbirdə separatizm meyilləri təqdim oluna bilməz”.
Qeyd edək ki, Azərbaycan nümayəndələrin etirazından sonra təşkilatçılar Azərbaycan nümayəndə heyətindən üzr istəyərək erməni nümayəndəsinin çıxışını yarımçıq dayandırıblar.