AZ

Ukrayna müharibənin dayandırılmasına RAZILAŞDI

Ukrayna hərbi əməliyyatlarda 30 günlük fasiləyə razılıq verib.

Modern.az xəbər verir ki, bu barədə Ciddə şəhərində baş tutan görüşdən sonra ABŞ və Ukraynanın yaydığı birgə bəyanatda deyilir.

Qeyd olunur ki, Ukrayna “Rusiya Federasiyasının qəbul etməsi və birmənalı şəkildə yerinə yetirməsi şərti ilə tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən 30 günlük müvəqqəti atəşkəs”lə razılaşmağa hazırdır.

Bəyanatda ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edəcəyi də bildirilir.

Seçilən
24
modern.az

1Mənbələr