AZ

"Bahar"da gözlənilməz ayrılıq - FOTO

Reytinq rekordları qıran fenomen serial "Bahar" sevilən aktyorlardan biri ilə vidalaşır.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, "Uğur Aydın" obrazını canlandıran Devrim Kabacaoğlu 38-ci bölümdə serialdan ayrılacaq.

Serialın yeni bölümünün təqdimatında Tuğrul Tülekin canlandırdığı Tuğran obrazının "Bəzilərimizlə vidalaşmaq məcburiyyətindəyik" sözləri ayrılığın siqnalını verib. Tamaşaçılar bu sözlərin kimə aid olduğunu maraqla gözləyərkən, Birsen Altuntaş xəbər verib ki, Devrim Kabacaoğlu komandadan ayrılacaq.

Gənc aktyorun gələcək layihələri ilə bağlı hələ rəsmi açıqlama olmasa da, onun yeni ekran işlərində yer alacağı gözlənilir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
10
milli.az

1Mənbələr