Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində növbəti matçını keçirib. 

Offsideplus.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv 5-ci qrupda IV tur çərçivəsində səfərdə Yunanıstanla qarşılaşıb.

Hesabı erkən açan meydan sahbləri ikinci hissənin ortalarında fərqi ikiyə çatdırıblar.

Görüşün sonları isə dramatik məcrada keçib. Yığmamız hesabı final fitinə 23 saniyə qalmış bərabərləşdirsə də, məğubiyyətdən qaçmaq müşkülə çevrilib. Yunanlar dərhal qapıçını sahə oyunçusuna dəyişərək, matçın bitməsinə cəmi 4 saniyə qalmış qələbə topunu vurublar.

Bununla da, milli komandamız qrupda ikinci dəfə uduzub. 

Seçmə mərhələdə növbəti görüş aprelin 11-də İsveçin Helsinborq şəhərində yerli komandaya qarşı olacaq.

Yunanıstan - Azərbaycan 3:2

Adamopoulos, 2; Papakostas, 30; Ntatis 39 dəq. 56-cı san. - Manafov, 32; 39-cu dəq. 37-ci saniyə

Turnir cədvəli

1. Xorvatiya 9 xal

2. Yunanıstan 7 xal

3. Azərbaycan 2 xal

4. İsveç 1 xal