AZ

Azərbaycanın qadın güləşçisi Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova U-23 Avropa çempionatının qalibi olub.

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Operativ Media xəbər verir ki, Günay Qurbanova  finalda italiyalı (U20) dünya və Avropa çempionu Aurora Russoya 4:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.

Seçilən
33
1
operativmedia.az

2Mənbələr