AZ

Ermənistanda epidemioloji vəziyyət gərginləşib: uşaq xəstəxanalarında yer çatışmır

Ermənistanda valideynlər uşaq xəstəxanalarında yer çatışmazlığından getdikcə daha çox şikayətlənirlər: problem virus infeksiyalarının artması fonunda yaranıb və bu səbəbdən bəzi tibb mərkəzləri palatalarda yer çatışmazlığı səbəbindən xəstələri qəbul etməkdən imtina edir.

“Sputnik Ermənistan” xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi əmin edib ki, epidemioloji vəziyyət mövsüm üçün xarakterik olsa da, kəskin respirator virus infeksiyaları ilə bağlı xəstəxanaların uşaq şöbələrinə çoxsaylı müraciətlərə baxmayaraq, nəzarət altındadır. “Son həftələrdə hətta xəstəliyin yayılmasının səngidiyini də müşahidə etmişik. Bununla belə, uşaq xəstəxanalarına müraciətlərin sayı hələ də yüksək olaraq qalır.

Valideynlərin tez-tez övladlarına həkimə müraciət etmədən antibiotiklər verməsi, uşaqların ağırlaşmalarla xəstəxanalara yerləşdirilməsi vəziyyəti daha da çətinləşdirir ki, bu da sonrakı müalicəni çətinləşdirir” – Səhiyyə nazirinin mətbuat katibi Mariam Tsatryan deyib.

Xatırladaq ki, respublikada H1N1 qrip virusunun A və B yarımtipləri və kəskin respirator virus infeksiyalarının müxtəlif növləri dövr etməkdə davam edir, lakin uşaq xəstəxanalarında çarpayılar və əlavə ehtiyatlar mövcuddur, ona görə də xəstəxanalar xəstələri qəbul etməkdən imtina etdikdə nazirliyə müraciət etməli və “qaynar xətt”ə zəng vurulmalıdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr