AZ

Ukrayna qəbul etdi: İndi Rusiya “hə-yox” deməlidir! - Rubio

ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdırmağı planlaşdırır və Moskvadan müsbət cavab alacağına ümid edir.

Axar.az əbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqların yekunu üzrə danışan Dövlət katibi Marko Rubio deyib.

“Biz onlara deyəcəyik: Masada olan budur. Ukrayna atəşi dayandırmağa və danışıqlara başlamağa hazırdır və onlar “hə” və ya “yox” deməli olacaqlar”, - o bildirib.

Qeyd edək ki, bu gün Ciddədə baş tutan danışıqlarda Ukrayna ABŞ-ın 30 günlük dərhal atəşkəs təklifini qəbul edib.

Seçilən
23
6
axar.az

7Mənbələr