Nyu-York, 11 mart, AZƏRTAC
“Ukrayna Səudiyyə Ərəbistanında keçirilən görüşdə Tramp administrasiyası tərəfindən irəli sürülən atəşkəsin təmin edilməsi və Rusiya ilə müharibəyə son qoyulması üçün irəliyə doğru bir addım olan razılaşmanı qəbul edib”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Marko Rubio deyib. “Biz bu təklifi indi ruslara çatdıracağıq və ümid edirik ki, onlar təsdiq cavabı verəcəklər”, - deyə bildirib. O, müqavilənin təfərrüatını açıqlamayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York