Türkiyədə xəstələri daşıyan mikroavtibus qəzaya uğrayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Muğlada qeydə alınıb.
Belə ki, Muğlanın Milas rayonunda dializ xəstələrini daşıyan mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Xəbərdarlıq üzərinə qəza yerinə çox sayda sağlamlıq və jandarma qrupları sövq edilib.
Həkimlər tərəfindən aparılan müayinədən sonra dializ xəstəsi Əli Aydının qəza yerində öldüyü müəyyən edilib.
Qəzada xəsarət alan sürücü və Z.A, C.B, A.Y. və N.Y. rayon xəstəxanalarına aparılıb.
Mehman Mehdiyev