AZ

Tramp Kanadadan polad və alüminium idxalına əlavə 25 faiz rüsum tətbiq edib

Nyu-York, 11 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp administrasiyasına Kanadadan polad və alüminium idxalına tarifləri əlavə olaraq 25 faiz artırmağı və ümumi rüsumları 50 faizə çatdırmağı əmr edib.

AZƏRTAC-ın məlumatına görə, yeni qərar martın 12-si səhər qüvvəyə minəcək.

Tramp Kanada hökumətinin ABŞ-dan elektrik enerjisi ixracına 25 faiz rüsum tətbiq etmək qərarına cavab olaraq ən son tarifləri tətbiq etdiyini söyləyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Seçilən
11
azertag.az

1Mənbələr