AZ

Vitali Borisov: “Qrupda ən yaxşı oyunumuzu keçirdik”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov bu gün Yunanıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, milli komandamız Avropa çempionatının əsas mərhələsində bu gün Yunanıstanla qarşılaşıb.

Matçın başa çatmasına 4 saniyə qalmış buraxdığı qolla 2:3 hesablı məğlubiyyətə üzülmüş komandamızın baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında görüşlə bağlı bunları söyləyib:

“Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxıram, rəqib qapımıza doğru 4 zərbə endirib və onlardan 3-ü qol olub. Biz isə 26 zərbədən 2-ni tora qovuşdurduq. Rəqibi bütün göstəricilərdə üstələmişdik. Standart vəziyyətdən və “5-in 4-ə” mübarizə zamanı qollar buraxdıq. Problem realizə ilə bağlı idi. Demək olar, sırf hücumçu mövqeyində oynayan futzalçımız yoxdur. Bunu edəcək futzalçı Kənan Manafovdur, o da zədəsini yeni sağladıb, fiziki baxımdan tam hazır deyil. Buna görə də Kənanı “5-in 4-də” oynayanda meydana buraxdıq. Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”.

Seçilən
54
1
arena.az

9Mənbələr