AZ

ABŞ və Ukrayna arasında QARŞILIQLI ANLAŞMA

ABŞ və Ukrayna mümkün qədər tez nadir torpaq mineralları haqqında saziş bağlamaq və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etmək barədə razılığa gəliblər.

Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Amerika və Ukrayna tərəflərinin Ciddə danışıqlarının yekunları üzrə birgə bəyanatında deyilir.

Danışıqları şərh edən ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib ki, Ukrayna nümayəndə heyəti görüşdə münaqişəyə son qoymaq üçün konkret addımlar və təkliflər təqdim edib.

Xatırladaq ki, martın 11-də Ciddədə Ukrayna və ABŞ nümayəndələri arasında görüş baş tutub. Danışıqların birinci raundunda Kiyevin dənizdə və səmada atəşkəs təklifi, eləcə də nadir torpaq mineralları ilə bağlı razılaşmanın müzakirə olunacağı bildirilib. İkinci raundda müzakirə təhlükəsizlik təminatlarına çevrilib.

Seçilən
14
2
publika.az

3Mənbələr