Bu gün AVRO-2026-nın əsas mərhələsinin V qrupu çərçivəsində Azərbaycan millisi səfərdə Yunanıstan yığması ilə qarşılaşıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Afinada baş tutan matç Vitali Borisovun yetirmələrinin məğlubiyyəti ilə başa çatıb.
AÇ-2026. Əsas mərhələ. V qrup
11 mart. Afina. DAİS Sports Hall. Saat 21:00
Yunanıstan – Azərbaycan 3:2
Qollar: Alexandros Adamopoulos, 2:11, Spyridon Papakostas, 30:39, Marios Ntatis, 39:56 – Kənan Manafov, 32:39, 39:38
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov
(Hakimlər briqadası Bolqarıstandandır)
Hakim-inspektor: Sven Eichler (Almaniya)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)
Sarı vərəqələr: Murad Quluzadə, 23:35, Xəzər Ağalızadə, 30:37, Eldar Zeynalov, 32:03